Dünya

Axır ki, “Artsax” kafesini sökdülər

Axır ki, “Artsax” kafesini sökdülərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyanın Omsk şəhərinin avtovağzalının qarşısında az qala 10 il əvvəldən qanunsuz tikili kimi tanınmış “Artsax” adlı kafeni axır ki, sökə biliblər.
Omsk vilayəti üzrə məhkəmə hökmlərinin icrasına nəzarət İdarəsi birmərtəbəli kafenin söküldüyü haqda hesabat verib.
Kafeni əslən Qarabağdan olan erməni Araik Arutyunyan tikmişdi və yerli hakimiyyət orqanları obyektin tikinti normalarına, yanğın təhlükəsizliyi tələblərinə cavab vermədiyi üçün onun sökülməsi barədə məhkəmə iddiası qaldırmışdılar. Qriqoryan isə çıxarılan hökmdən yuxarı instansiyalara şikayət verirdi və kafenin sökülməsi haqda qərarı icra etmirdi. Nəticədə onu bir neçə dəfə inzibati məsuliyyətə cəlb etmişdilər.  (Virtual Azərbaycan)