Ölkə

Axtarışda olan 55 nəfər tutuldu – KRİMİNAL XRONİKA

Axtarışda olan 55 nəfər tutuldu – KRİMİNAL XRONİKAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilən 40 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən 7Times.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

 

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.