Maqazin

Ayanın yaşadığı bina təhlükədədir

Ayanın yaşadığı bina təhlükədədirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Ayanın yaşadığı bina təhlükədədir

Ayanın yaşadığı bina təhlükədədirMüğənni Ayan Babakişiyeva yaşadığı binadan şikayətçidir.

OLAY yazır ki, sənətçi Nəriman Nərimanov rayonu ərazisində yerləşən evinin parkinqinin su ilə dolduğunu, amma bu barədə tədbir görülmədiyini qeyd edib.

O, video paylaşaraq çoxmərtəbəli binanın çökmə təhlükəsi ilə üz-üzə gəldiyini açıqlayıb:

“Bura yaşadığımız binanın qarajıdır. Hazırda suyu bir az yığıblar. İki aydır belədir. Bu qədər məsuliyyətsizlik olar? Aidiyyatı orqanlar maraqlanmalıdır. Bu suyu analiz ediblər, təbii Şollar suyudur. Binanın çökməsinə səbəb olacaq.

Gəlib vannalarla suyu doldurub boşaldırlar. Cəmi bir dəfə problemi aradan qaldırmağa çalışıblar. Binanın arxa hissəsi çökmə təhlükəsi ilə üz-üzədir. Orada Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı da var. Bu məsələyə ciddi yanaşmalıdır”.