Bu gün İstanbulun Ayasofya məscidində 87 il sonra ilk bayram namazı qılınıb.
7times.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, COVID-19-a qarşı qabaqlayıcı tədbirlər çərçivəsində keçirilən ibadət mərasimində Türkiyə Böyük Millət Məslisinin sədri Mustafa Şentop, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, İstanbul valisi Ali Yerlikaya və çox sayda vətəndaş iştirak edib.
Xatırladaq ki, keçən il iyulun 24-də 86 ildən sonra cümə namazı ilə məscid olaraq ibadətə açılan Ayasofya 1985-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.
Məbəd 1934-2020-ci illər arasında muzey olaraq fəaliyyət göstərib. qafqazinfo.az