Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranıb.
7Times.az xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.
A.Haşımova vəziyyəti ilə bağlı müayinə üçün Milli Onkologiya Mərkəzinə getdiyini açıqlayıb:
“Ötən gün səhhətimdə ciddi problem yaranmışdı. Bu, məni çox ciddi narahat etdi. Milli Onkologiya Mərkəzinə üz tutdum. Onlar mənə çox yaxşı xəbər verdilər. Məndə ciddi bir xəstəliyin olmadığını söylədilər. Bu müjdəni verdikləri üçün həkimlərə sonsuz təşəkkürümü bildirirəm” .
Follow @7timesaz