Xalq artisti Aygün Kazımovanın sosial şəbəkə hesabındakı paylaşımı diqqət çəkib.
7Times.az Lent.az-a istinadla xəbər verir ki, o yaraşıqlı bir bəylə eyni yorğana (odeyal) bürünərək şəkil çəkdirib. O, şəklin altında “Örtərik üstümüzə bu yaralanmış sevgimizi” sözlərini yazıb.
Həmin kişinin rumın əsilli model Marian Draqan olduğu məlum olub.
Onlar birlikdə klipdə rol alıblar. Artıq klipin ilk tizeri sosial mediada yayılıb.