Ölkə

Aygün Kazımova niyə səhnədə hönkür-hönkür ağlamışdı… – VİDEO

Aygün Kazımova niyə səhnədə hönkür-hönkür ağlamışdı… – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Aygün Kazımova illər əvvəl konsertində hönkür-hönkür ağlamasından danışıb.

7Times.az Yenisabah.az-a istinadən  xəbər verir ki, Xəzər TV-də yayımlanan “Söhbət musiqidən gedir” proqramının qonağı olan “Diva” yaşadığı çətinliklərə görə 2017-ci ildə konserində ağladığnı bildirib:

“Səhnə fəaliyyətimin 30 ili tamam olurdu. Özümlə imtahanım idi. Konsert zamanı lirika ifa edirdim. O anda hansı çətinliklərdən keçdiyim və bu konsertə hazırlaşmaq üçün nələri gözə aldığım anlar gözümün qabağına gəldi və ağlamağa başladım. Bir adamın yanında ağlaya bilərsən, amma tamaşaçı qarşısında ağlamaq tamam başqa hissdir”.

Xalq artistinin 4 il əvvəl təşkil edilən konsertində hönkür-hönkür ağlaması uzun müddət medianın gündəmindən düşməyərək müzakirələrə səbəb olmuşdu.

Həmin kadrlara verilişin 11-ci dəqiqəsindən etibarən baxa bilərsiniz: