Xalq artisti Aygün Kazımova şəxsi həyatı barədə sualları cavablandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Kazımova MTV-də yayımlanan “10-da görüşək” verilişində danışıb.
Xalq artisti hazırda sevgi münasibətinə ayırmağa vaxtı olmadığını vurğulayıb.
“Həmin şəxs sədaqətli, vəfalı və cəsarətli olmalıdır. Qəlbinin gözəl olması da önəmlidir.
Sevgi məsələlərinə baxa bilmirəm, zamanım yoxdur. O səhifəni aça bilmirəm. Sevgi səhifəsini açanda işlərim dayanır. Bu səbəbdən işlərimlə bağlı olan səhifəni seçirəm”, – deyə Aygün bildirib.
Ətraflı süjetdə: