Xalq artisti Aygün Kazımovanın 21 il öncəki arxiv görüntüləri müzakirələrə səbəb olub.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında görüntüləri paylaşan Kazımovanın “Ulduzlar bağı” adlı verilişdə mahnılarından birini səsləndirməsi əks olunub.
Sənətçinin illər əvvəl çəkilmiş açıq-saçıq paylaşımını sosial şəbəkə istifadəçiləri maraqla qarşılayıb.
Həm pərəstişkarları, həm də şou-biznesin məşhur simaları çoxsaylı şərhlər yazaraq 51 yaşlı Xalq artistini tərif yağışına tutublar.
Həmin görüntüləri təqdim edirik: