Azərbaycanda dizayner, qrim ustası kimi fəaliyyət göstərən Gülruh Nəcəfova Aygün Kazımovaya həm səsi, həm görünüşü ilə bənzəməsi ilə diqqət çəkib.
Metbuat.az xəbər verir ki, o, İTV-nin “Sabahın xeyir, Azərbaycan” verilişində qonaq olub. O bildirib ki, 24 yaşında gözəllik salonunda işləyəndə hamı ona Aygün Kazımovaya bənzədiyini deyib. Bundan sonra isə o, müğənni ilə maraqlanıb:
“Görünüşdən əlavə, ən çox səsim ilə məni Aygün Kazımovaya bənzədirdilər. Mən onunla həyatım boyu heç vaxt görüşə bilməmişəm. Amma telefonda danışmışıq. Lakin uzun müddət o, aramızda çəpər qoymuşdu. Bu yaxınlarda isə Aygün xanım məni instaqramda storisində paylaşmışdı. Bununla da aramızdakı buzlar əridi”.
Onun sözlərinə görə, həm də müğənni kimi oxuyur:
“Bəzən elə yerlər olur ki, Aygün xanımın vaxtı olmur getməyə. Məni çağırırlar, onun mahnılarını oxuyuram. Onun bir söz var: “Mən gənclərə mane olmamaqla dəstək oluram”. Sağ olsun ki, mənə mane olmur, mən onun mahnılarını oxuyuram. Məvacib alanda da ona təşəkkür edirəm”.