“Yeni evlənəndə tez-tez Rusiyaya gedirdi. 15 gün, 1 ay qalırdı. Hətta bir dəfə ay yarım qaldı. Oğlum dünyaya gələndə yanımda yox idi. Başa düşürdüm ki, zirvəyə çıxmaq istəyir, maddiyat isə yoxdur. Özü ayaqüstə dururdu”.
7Times.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Əlikram Bayramovun həyat yoldaşı deyib. Sənətçi “Zaurla Günaydın” proqramına xanımı ilə birlikdə qatılıb.
İfaçının həyat yoldaşı onunla evləndiyi ilk vaxtlarda yaşadığı çətinliklərdən söz açıb:
“Bataqlıqdan özü çıxmaq istəyirdi. Hərdən onu qısqanırdım ki, sənətini bizdən çox istəyirsən. Bizim yanıızda olmur. Ata 15 gün, 1 ay uşağı ilə maraqlanmırdı. O vaxt əl telefonu da yox idi. Bilmirdim ölüb, ya qalıb. Çox çətin idi”.
Follow @7timesaz