Məşhur influenser Aynişan Quliyeva həyatında qarşılaşdığı hadisələrdən danışıb.
Publika.az xəbər verir ki, 32 yaşlı məşhur insanlara, gördüyü sevgilərə və verilən vədlərə inanmadığını deyib. Həm də bildirib ki, həyatda heç kim heç nədən sığortalanmayıb:
“32-ci iyul ayını yaşayıram. Çox böyük sevgilər gördüm. Necə böyük sözlər eşitdim. Ayrılmaz dediyim insanlar boş səbəblərdən ayrıldı. Sevgidən ölər, amma getməz dediyim insanlar arxasına baxmadan getdi. Ona görə də bir insan haqqda bir fikir səsləndirməyə artıq tələsmirəm. İllər keçdikcə kim sənin üçün kimdir həyat göstərəcək. Pafos dolu cümlələr artıq aktual deyil”.
Follow @7timesaz