Maqazin

Aynişan şəxsi həyatı ilə bağlı sualları cavablandırdı

Aynişan şəxsi həyatı ilə bağlı sualları cavablandırdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva sosial media hesabında şəxsi həyatı ilə bağlı sualları cavablayıb. 

 

Axşam.az xəbər verir ki, o, “Aynişandan yaxın zamanda eşq gözləyək?” sualına belə reaksiya bildirib:

“Aynişandan bol-bol iş gözləyin. Eşq gözləməklə gəlmir. Amma iş nə qədər çox çalışıb, istəsən, bir o qədər artar. Hər gün işimin olduğu üçün şükür edirəm”.

Aynişan qadın xoşbəxtliyini nədə gördüyünü bu fikirlərlə izah edib:

“Sadəcə xoşbəxtlik var. Ailə harmoniyası. Özünü sevilən, uğurlu və xoşbəxt hiss etmək, həyatın hər anından həzz almaq. Bu, istənilən insana dəstəkdir. Dünyada heç nə qarşılıqlı sevgidən gözəl ola bilməz”.