“11 yaşımda, yəni 1988-ci illərin sonundan artıq sənətdə idim. Mənə yazırlar ki, bu da dəyişdi. Elə bil ki, çıxıb efirdə deyirəm ki, 18 yaşım var. Yaşın üstünə yaş gəlir də. Mən 16 yaşda qalası deyiləm ki,…”
7Times.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.
Sənətçi həmkarlarından kiminsə çörəyinə bais olanları “ağ yuyub, qara sərib”:
“Bizim bu camiədə tamaşaçının sənətçi ilə işi yoxdur. Deyirlər ki, qazanın yekə çömçəsi var, onu da qarışdıran var. Biri qabağa gedir, digəri çalışır ki, onu gözdən, hörmətdən salsın və pislik etsin. Bizim camiədə belə bir şeylər var. Kaş hamı mehriban olsa… Bir parça çörək pulu qazanır, niyə siz ona bais olursunuz? Bu da ev, ailə saxlayır. Sizdə o hörməti qazanın ki, sizi tərifləsinlər”.
Dadaşova həmçinin onun ailəsi haqqında xoşagəlməz şayiələr yayanlara da efir vasitəsi ilə sərt mesaj yollayıb:
“Otururlar ailəm haqqında danışırlar. Ailəmdə kim qalıb ki? Bir anamdır, iki də uşaq. Ailəmi insanlara elə təqdim edirlər ki… Hər kəsin borcudur ailəsinə baxsın. Məni hörmətdən salmaq üçün elə sözlər deyirlər ki…”
Follow @7timesaz