Türkiyəli aktyor Ahmet Kural bir müddət əvvəl ayrıldığı vəkil sevgilisi Çağla Gizem Çeliklə barışıb.
7Times.az xəbər verir ki, bu, aktyorun sosial media hesabındakı paylaşımından bəlli olub. O, sevgilisi ilə şəklini yayımlayaraq ağ ürək emojisi qoyub.
Xatırladaq ki, cütlük 4 ildir sevgilidir. Ahmetlə Çağla ötən ilin yayında evlənməyə hazırlaşsa da, toy baş tutmamışdı. 2 ay əvvəl ikili birgə bəyanat yayaraq ayrıldıqlarını açıqlamışdılar.
Qeyd edək ki, Ahmetə keçmiş müğənni sevgilisi Sılaya şiddət göstərməsi səbəb ilə həbs cəzası verilib. Aktyor sonuncu dəfə “Bir Zamanlar Kıbrıs/Kıbrıs: Zafere doğru” serialında baş rollardan birini ifa edib.
Follow @7timesaz