Xəbər verdiyimiz kimi, dünəndən aparıcı İlkin Həsəni və həyat yoldaşı, influenser Aysel Həsəninin ayrıldığı iddia olunur.
Lent.az xəbər verir ki, influenser xanım yayılan iddialara cavab olaraq paylaşım edib.
O, “Instagram” hesabında etdiyi paylaşımda bu sözləri yazıb:
“Sevgi haqqında yazdığım fikirləri hara aparıb çıxarırsınız? Məsləhət üçün yazmışdım. Yazılan fikirlər doğru deyil. Belə bir şey olarsa, ilk bizdən eşidərsiniz, əmin olun. Maraqlıdır, siz inciyəndə heçmi “follow”dan silmirsiniz? Heçmi şəkilləri arxivləmirsiniz? Göz önündə olduğumuz üçün bu qədər üstümüzə gəlməsəniz, biz də küsüb-barışa bilsəkmi, görəsən?”.
Qeyd edək ki, cütlüyün bir övladı var. Onlar 2017-ci ildən bəri evlidirlər.