Maqazin

Aysun İsmayılova keçmiş həyat yoldaşının həbsindən danışdı: mənə yaraşmaz… – Video

Aysun İsmayılova keçmiş həyat yoldaşının həbsindən danışdı: mənə yaraşmaz… – Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bəziləri deyirlər ki, saxta toy idi və sonu da belə olacaqdı. Amma düşünmürlər ki, saxta olsaydı, bu evliliyi bitirməzdim. Mənim ona ehtiyacım yoxdur. Qismət… Düşünmürəm ki, hansısa xoşbəxt olan qadın ailəsini dağıdar. O, bir ay həbs oluna bilərdi, amma istəmədim ki, həbs olunsun. Hamı hansı ürəyə sahib olduğumu bilir. Onun həbsi ilə anamın heç bir əlaqəsi yox idi. Qanun, qayda var. Eşqinə bir ay həbs cəzası deyilmişdi, amma mən ərizəmi geri götürdüm. Mənə yaraşmazdı!”.

7Times.az  xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova keçmiş həyat yoldaşı Eşqin Cəlilovun həbs olunmasından danışarkən deyib.

O, atası haqqında da danışıb: “Fazil Əmiraslanovu ata bilmişəm. Mənim atam da, dayağım da odur. Atamın üzünü görməmişəm. Sağdır. Bir dəfə axtardım, məni istəmədi. O vaxt anam ailə qurmamışdı. Amma indi yanımdan keçsə, tanımaram. Anam deyib ki, nə vaxt istəsən atanı görə bilərsən, amma mən istəmirəm. Mənə atalıq edən insan Fazil müəllim olub. Hər valideynin arasında söz-söhbət ola bilər, amma uşağın nə günahı var. Anama deyirəm ki, sənin taleyini yaşayıram. Bu gün hər şey yaxşıdır”.

Qeyd edək ki, Eşqin Cəlilov Aysun İsmayılovanın şikayəti əsasında inzibati xətalar məcəlləsinim 510-cu (xırda xuliqanlıq) və 157-ci (adam döymə) maddələri ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edimişdi. Daha sonra Aysun İsmayılova ərizəsini geri götürmüşdü.

Teleqraf.com