Maqazin

Aytən şirniyyat mağazasını biabır etdi

Aytən şirniyyat mağazasını biabır etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparıcı Aytən Səfərova Bakıda fəaliyyət göstərən şirniyyat mağazasından şikayətçidir.

OLAY yazır ki, bu barədə instaqramda paylaşım edən Səfərova məhsulların  yarım gün ərzində artıq kifləndiyini qeyd edib.

““alba_cakes”- bu mağazadan məhsul alanda çox düşünün. Ailəmizin ən yaxın dostlarından biri, uşaqlarımızın kirvəsi bu mağazadan şirniyyat alıb. Yarım gün keçməmiş kif atmağa başlayıb. Nə istidən, nə “təbii” olduğundan! Keyfiyyətsizliyindən və köhnəlməsindən! Nə pulu qaytarırlar, nə üzrxahlıq edirlər. Ayıb olsun!”

Mağaza isə ittihamlara cavab verib: “Biz müştərilərlə əlaqə saxladıq, real olaraq ətraflı danışdıq.  Onlar böyük ürəyə sahibdir ki, səbrlə dinlədi, qarışıqlıq olduğuna dair qarşılıqlı anlaşıb, növbəti sifarişlərimizdə görüşmək ümidi ilə sağollaşdıq”.