İdman

Azarkeşlərin nəzərinə: “Qalatasaray” Bakıya bu vaxt gəlir

Azarkeşlərin nəzərinə: “Qalatasaray” Bakıya bu vaxt gəlirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ”la yoldaşlıq oyunu keçirəcək “Qalatasaray”ın Azərbaycana səfər proqramı bəlli olub. 

Sfera.az xəbər verir ki, “sarı-qırmızılar” 25 mart tarixində Bakıya gələcək.

İstanbul təmsilçisini gətirəcək təyyarə saat 19:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edəcək. “Cim bom” “Fairmont Hotel”də məskunlaşacaq.

Okan Burukun rəhbərlik etdiyi kollektiv Bakıda məşqə çıxmayacaq.

Qeyd edək ki, “Qarabağ” – “Qalatasaray” qarşılaşması 26 mart tarixində saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.