Ölkə

Azər Qərib “Uber” və “Bolt”dan şikayət etdi: “Bəzi sürücülər narkotikin təsiri altında olurlar”

Azər Qərib “Uber” və “Bolt”dan şikayət etdi: “Bəzi sürücülər narkotikin təsiri altında olurlar”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əzəldən “Uber”, “Bolt” kimi startapların məntiqi bu idi ki, hər bir avtomobil sahibi işdən sonra və ya sərbəst vaxtlarında taksi fəaliyyəti ilə məşğul olub 5-10 manat çörək pulu qazansın. Bizdə bu startap çox iyrənc bir formada inkişaf etdi. Necə? Sahibkar 50-100 ədəd “Prius” alır, işsiz gəncləri yığır və hərəsinə qəpik-quruş verib bolluca işlədir. Daha doğrusu, istismar edir”.

 

7Times.az  xəbər verir ki, bu sözləri bu sözləri aparıcı Azər Qərib sosial şəbəkədə yazıb. O, sözügedən şirkətin sürüclərindən şikayət edib:

 

“Əksər hallarda gördüyümüz odur ki, həmin sürücülər şəhəri tanımırlar, kondisioneri yandırmaq, yaxud musiqinin səsini almaq xahişləri az qala aqressiya ilə qarşılanır, avtomobili idarə edərkən votsapda yazışırlar, maşın çirkli, adam iyrənir oturmağa, yol qaydalarına məhəl qoymurlar və ən acınacaqlı məqam isə bəzi hallarda narkotik vasitənin təsiri altında olurlar. Açıq-aşkar görürsən ki, sürücü hansısa narkotik vasitənin təsiri altındadır.

 

Bizdə belə bir tendensiya var ki, səhlənkarlığa, antisanitariyaya, nizamsızlığa, mədəniyyətsizliyə və digər xoşagəlməz hallara bəraət qazandırmaq istəyirik. Söhbət kiminsə qazancından deyil, bizim təhlükəsizliyimizdən gedir. Sürücülük vəsiqəsi olmayandan tutmuş, narkoloji uçotda olanlara qədər – axı bunlar necə sürücü kimi işə qəbul olunurlar? Məgər hər birimiz “Uber” sürücülərinin özbaşınalığlarını görmürükmü?

Yanaşmam belədir ki, kimsə 50-100 dənə maşını taksi kimi işlədirsə bu artıq taksiparkdır. Onun öz qaydaları var, hər halda əvvələr belə idi. Həkimi olur, marşruta çıxanları yoxlayır, dispetçeri olur, maşınların təmizliyinə və texniki vəziyyətinə nəzarət edir, sürücülər şəhəri tanımaq üzrə imtahan verirlər, onların hüquqları qorunur, iş günü, bazar günü, məzuniyyət və s. Sürücü gözü yumulana qədər işləməməlidir, biz onlara həyatımızı etibar edirik.

 

Ölkədə bir çox yol qəzalarının səbəbi məhz sürücülərin yorğun olmasıdır. Çünki nəzarət yoxdur, xaricdə sərnişin daşıyan maşınlara xüsusi avadanlıq quraşdırılır, artıq saat işlədikdə mühərrik sönür.

 

Nə isə, növbəti dəfə “Ödəniş kartla olacaqsa, imtina edin” zəngini alıb əsəbiləşdim…”.