Ölkə

Azərbaycan bayrağı Dövlət Bayrağı Meydanında yenidən ucaldılıb

Azərbaycan bayrağı Dövlət Bayrağı Meydanında yenidən ucaldılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın bayrağı Zəfər Günündə Dövlət Bayrağı Meydanında yenidən ucaldılıb.

7Times.az  xəbər verir ki, Dövlət Bayrağı Meydanı təmir olunub, bayraq dirəyi yenilənib.

Bayrağımız yenilənmiş dirəkdə qaldırılıb.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı bir müddət əvvəl təmirə bağlanmışdı.

Xatırladaq ki, avqustun 2-də test məqsədilə qaldırılan bayraq bu gündən etibarən daimi olaraq dalğalandırılacaq.

Dövlət bayrağı meydanının mətbuat katibi Əfsanə Mehdiyeva jurnalistlərə burada qaldırılan Dövlət Bbayrağının texniki parametrləri barədə məlumat verib:

“Bu gün Dövlət Bayrağı Muzeyi və Dövlət Bayrağı Meydanının açılışı oldu. Azərbaycanın buradakı üçrəngli bayrağının eni 36, uzunluğu 72 metrdir. Çəkisi isə 500 kiloqramdan artıqdır. Buradakı muzey 6 salondan ibarətdir. Muzeydə dövlətçilik tarixinə aid maraqlı eksponatlar var”. O xatırladıb ki, Meydan bayraq dirəyinin hündürlüyü parametrlərinə görə “Ginnesin Rekordlar Kitabı”na düşüb.