Ölkə

“Azərbaycan dilində danışa bilməyənlər Xalq artisti olub” – Rəqsanə ƏSƏBLƏŞDİ

“Azərbaycan dilində danışa bilməyənlər Xalq artisti olub” – Rəqsanə ƏSƏBLƏŞDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimizi kimi ötən gecə müğənni Səyyad Əlizadə koronavirusdan dünyasını dəyişib.

7Times.az BiG.AZ-a istinadən  xəbər verir ki, müğənni Rəqsanə İsmayılova sosial media hesabında Səyyad Əlizadənin ölümündən kədərlənərək:

“Çox üzüldüm, çox pis oldum, Allah sizə rəhmət eləsin. Bu il çox dəyərli, sevilən sənət insanlarımız dünyasını dəyişdi. Uşaq vaxtlarımızdan sizin mahnılarla böyüdük. Gözəl insan idiz. Kaş ki, sizin sağlığınızda əməkdar artist adı veriləydi. Düşünürəm ki, danışmayım. Ancaq bəzən danışmaq lazımdır. Çox heyflər olsun ki, əməkdar, xalq artisti bu gün elə insanlara verilib. Sizlərə baxıb onlardan utanıram. Azərbaycan dilində normal danışa bilməyən və bizim insanları qara camaat adlandıranlara. Guya bunlar elit təbəqənin sənətçisidir. Uşaqdan soruşsan Səyyad Əlizadə kimdi, hansı mahnısı var əzbərdən deyəcək. Biz sözlə Allah rəhmət eləsin, məkanınız cənnət olsun. Siz sənətə gəldiyiniz gündən xalq artisti olmusuz, Allah sizə rəhmət eləsin” sözlərini yaıb.