Ölkə

Azərbaycan Güləş Federasiyasına daha bir milyon manat ayrılıb – SƏRƏNCAM

Azərbaycan Güləş Federasiyasına daha bir milyon manat ayrılıb – SƏRƏNCAMbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla böyüklər arasında sərbəst və yunan-Roma güləşçilərinin komanda hesabında Azərbaycan millisinin 2022-ci il Avropa çempionu olması ilə əlaqədar 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayrılıb.

Qeyd edək ki, Azərbaycan komandaları Avropa çempionatını ümumilikdə 16 medalla başa vurublar. Yunan-Roma güləşi üzrə yığma 2 qızıl, 1 gümüş, 5 bürünc medal əldə edib. Sərbəst güləş millisi 1 qızıl, 4 gümüş, 2 bürünc medal qazanıb. Qadın güləşində isə Elis Manolova (65 kq) gümüş medal qazanıb.

Xatırladaq ki, Prezident İlham Əliyev martın 18-də də Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 23 yaşadək güləşçilərin Avropa çempionatında yüksək nəticə qazanması ilə əlaqədar 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayrılıb.