İdman

Azərbaycan Kubokunun final matçında hesab açıldı – YENİLƏNİR + VİDEO

Azərbaycan Kubokunun final matçında hesab açıldı – YENİLƏNİR + VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Kubokunun final matçında hesab açılıb.

7Times.az xəbər verir ki, qarşılaşmanın 17-ci dəqiqəsində “Zirə” hesabda önə çıxıb.

Hamidu Keyta fərqlənib.

19:03

Azərbaycan Kubokunda 2021/22 mövsümünün final oyunu keçirilir.

7Times.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan həlledici matçda “Qarabağ”la “Zirə” qarşılaşır.

Artıq matçda start fiti səslənib. Hesab açılmayıb.

18:26

Azərbaycan Kubokunun final görüşü olan “Qarabağ” – “Zirə” oyununun start heyətləri açıqlanıb.

7Times.az heyətləri təqdim edir:

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 25. Vadji İbrahima, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 55. Bədəvi Hüseynov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Rişard Almeyda, 13. Bəhlul Mustafazadə, 11. Xayme Romero, 15. Leandro Andrade, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov

“Zirə”: 41. Anar Nəzirov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkovi, 44. Dimitrios Çantakias, 26. Nemanya Ancelkoviç, 14. Hamidu Keyta, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 10. Ağabala Ramazanov, 2. Sərtan Taşkın, 15. Ruslan Abışov, 5. Rahil Məmmədov, 47. Məhəmməd Hamdaui, 9. Loris Bronyo, 99. Ahmed Ayzaya, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 27. Tamerlan Burcəliyev
Baş məşqçi: Rəşad Sadıqov

09:54

Bu gün Azərbaycan Kubokunda 2021/22 mövsümünün final oyunu keçiriləcək.

7Times.az xəbər verir ki, bununla da Azərbaycan futbolunda mövsüm başa çatacaq.

Sayca 30-cu finalda “Qarabağ”la “Zirə” üz-üzə gələcək. Qəbələdə keçiriləcək matçda Premyer Liqanın çempionu “Qarabağ” “Qızıl dubl”unu rəsmiləşdirmək üçün heç vaxt uduzmadığı rəqibini məğlub etməlidir.

Qurban Qurbanovun yetirmələri klub tarixində 7-ci kuboku qazanmaqla rekorda imza atmaq arzusundadır.

Çempionatı bürünc medalla başa vurmuş “Zirə” isə ilk titulunu əldə etməyə çalışacaq. Rəşad Sadıqovun yetirmələri bunun üçün “Qarabağ” sindromunu qıraraq ilk dəfə qalib gəlməli, ya da penaltilər seriyasında qələbəyə sevinməlidir. Bu kubok Sadıqovun məşqçilik karyerasına ilk titul kimi düşəcək.

Azərbaycan Kuboku

Final

27 may 19:00 

“Qarabağ” – “Zirə”

Baş hakim: Elçin Məsiyev

Qəbələ şəhər stadionu