İdman

Azərbaycan Kubokunun sahibi bu gün bəlli olacaq

Azərbaycan Kubokunun sahibi bu gün bəlli olacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçiriləcək.

“Report”un məlumatına görə, həlledici görüşdə “Neftçi” və “Qəbələ” komandaları üz-üzə gələcəklər.

“Bakcell Arena”da oynanılacaq matç saat 20:00-da başlayacaq. İndiyədək komandaların ölkə kubokunda yolları üç dəfə kəsişib.

9 il əvvəlki finalda “Neftçi” penaltilərlə qalib gəlib.

Yarımfinal duellərində isə komandalar hərəyə bir dəfə mərhələ adlayıblar. Kubokdakı 5 görüşdə klublar hərəyə 1 qələbə qazanıblar, 3 matçda heç-heçə qeydə alınıb. Topların nisbətində “qırmızı-qaralar”ın cüzi üstünlüyü var – 7:6.

Azərbaycan Kuboku

Final

3 iyun

20:00. “Neftçi” – “Qəbələ”

“Bakcell Arena” stadionu