Azərbaycanın kişi və qadınlardan ibarət 3×3 basketbol millilərinin Kosovonun Priştina şəhərində təşkil olunacaq Avropa Kubokunun təsnifat mərhələsində keçirəcəyi oyunların təqvimi açıqlanıb.
7Times.az xəbər verir ki, turnirdə mübarizəyə öncə kişi basketbolçularımız start verəcək.
Komanda ilk olaraq Ermənistan millisi ilə qarşılaşacaq. Qadınlardan ibarət yığmanın ilk sınağı isə Maltaya qarşı olacaq.
Oyunların təqvimini təqdim edirik:
8 iyun
Kişilər
11:30. Ermənistan – Azərbaycan
16:10. Azərbaycan – Kosovo
19:40. Kipr – Azərbaycan
23:45. Azərbaycan – Albaniya
Qadınlar
17:50. Azərbaycan – Malta
23:20. Azərbaycan – Lüksemburq