19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin oyunçusu Ege Bilsel PSJ-də oynamaq istəyir.
Offsideplus.az xəbər verir ki, Türkiyənin “Antalyaspor” klubunda çıxış edən forvard bu barədə DHA-ya açıqlamaverib:
“Superliqada çıxış etmək və daha çox oynamaq istəyirəm. Liqada təsdiq etdikdən sonra Avropaya yollanmağı düşünürəm. Fransa Liqasında və PSJ-də oynamaq istəyirəm”.
Qeyd edək ki, Bilsel 2020-ci ildə U-17 yığmamızın, ötən ildən isə U-19 millimizin formasını geyinir.
Follow @7timesaz