Dünya

“Azərbaycan şirkətləri və investisiyaları Ukrayna üçün vacibdir”  Sibiqa

“Azərbaycan şirkətləri və investisiyaları Ukrayna üçün vacibdir” – Sibiqabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Azərbaycan investisiyalarını dəstəkləməyə hazırdır.

“Report” xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, bugünkü təkbətək və geniş tərkibdə danışıqlar zamanı digər məsələlərlə yanaşı, ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələləri də müzakirə olunub: “Ukrayna cəlbedici bazar və etibarlı tərəfdaş olaraq qalır. Biz Ukrayna iqtisadiyyatına Azərbaycan investisiyalarını dəstəkləyəcək və qoruyacağıq. Bəli, ticarət dövriyyəsi müsbət dinamika nümayiş etdirir. Bununla belə, daha böyük inkişaf üçün potensial mövcuddur. Biz bu məsələ ilə bağlı hökumətlərarası komissiyanın iclaslarının keçirilməsi barədə razılığa gəldik”.

Ukraynalı nazir həmçinin qeyd edib ki, danışıqların mühüm mövzularından biri Azərbaycanla enerji əməkdaşlığının inkişafı olub.

“Biz həm Ukraynanın, həm də bütün Mərkəzi Avropanın enerji müstəqilliyini gücləndirəcək birgə layihələr həyata keçirə bilərik. Ukrayna Azərbaycan və Avropa üçün enerji qovşağına çevrilməyə və əməkdaşlığın inkişafına yeni təkan verməyə hazırdır”, – Sibiqa əlavə edib.