Qarabağın erməni sakinlərinin nümayəndələri Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs Ramin Məmmədovla görüşmək üçün Yevlax şəhərinə gəliblər.
7Times.az erməni mediasına istinadən xəbər verir ki, əvvəlcə erməni tərəfi Xankəndidə qanunsuz rejimin sabiq “rəhbər”i Arayik Arutyunyanın qardaşı, “dövlət naziri” Artur Arutyunyanı danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri təyin etmək qərarına gəliblər, lakin Azərbaycan tərəfi buna sərt şəkildə etiraz edib.
Nümayəndə heyətinin tərkibində hazırda Davit Melkumyan və Areq Avaqyan var.Qeyd edək ki, danışıqlarda Azərbaycanı Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs deputat Ramin Məmmədov təmsil edir.
Follow @7timesaz