Rəsmi Moskva hesab edir ki, Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasında tələsməməlidir.
“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində deyib.
O bildirib ki, tələsik hazırlanmış sülh sazişi regiona davamlı sülh gətirməyəcək: “Bu, gələcəkdə yeni münaqişə və faciələrə zəmin yaradacaq. Prioritet sürət yox, keyfiyyət olmalıdır. Qarşılıqlı şəkildə məqbul həll yolları tapılmalıdır”.
D.Qonçarın fikrincə, sülhün şərtlərini Bakı və İrəvan özü müəyyən etməlidir: “Məsuliyyətli vasitəçilərin vəzifəsi danışıqlar prosesini sürətləndirmək deyil, uzunmüddətli razılaşmaların əldə olunmasına töhfə verməkdir”.
Departament direktorunun sözlərinə görə, mövcud reallıqlar nəzərə alınmalıdır.
Follow @7timesaz