Manşet

Azərbaycana gətirilən vaksinin qiyməti niyə açıqlanmır? – “Proses şəffaf həyata keçirilməlidir”

Azərbaycana gətirilən vaksinin qiyməti niyə açıqlanmır? – “Proses şəffaf həyata keçirilməlidir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dövlət hesabına alınan və pulsuz olaraq vətəndaşlara təqdim edilən hansısa xidmət kommersiya sirri sayıla bilməz. Kommersiya təşkilatları arasında olan hansısa münasibətləri sirr saymaq olar”.

Bunu 7times.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

N.Cəfərli bildirib ki, dövlət orqanları yeni növ koronavirus (COVID-19) əleyhinə alınan peyvəndlərin xərci barədə ictimaiyyətə məlumat verilməlidir: “Satınalmanı dövlət orqanları həyata keçirir. Beynəlxalq mediada olan məlumatlara görə, “Sputnik V” və “SinoVac” peyvəndlərinin 1 ampulası təxminən 10 dollardır. Avropa istehsalı olan vaksinlərin qiymətləri də dəyişkəndir. Azərbaycan dövləti mütləq bu barədə məlumatı paylaşmalıdır. Bu, cəmiyyət üçün maraqlı mövzudur. Proses şəffaf həyata keçirilməlidir”.

 

Qeyd: Ötən gün Səhiyyə nazirinin birinci müavini Teymur Musayev bildirib ki, COVID-19 əleyhinə vaksinasiyaya ayrılan xərclər barədə məlumat kommersiya sirri olduğundan bu barədə məlumat vermək olmaz.