Salyanda intihar hadisəsi olub.
7times.az xəbər verir ki, hadisə rayonun Ərəbqardaşbəyli kəndində qeydə alınıb. Kənd sakini 21 yaşlı Könül Bağırova özünü yaşadığı evdə asaraq həyatına son qoyub.
Onun hansı səbəblə canına qəsd etdiyi hələlik bilinmir.
Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.
(lent.az)