Saatlı rayonunda intihar hadisəsi baş verib.
7Times.az “Unikal”-a istinadən xəbər verir ki, hadisə Qaranuru kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1953-cü il təvəllüdlü Nəsirov Mirzağa Mirzə oğlu yaşadığı evin həyətində özünü asaraq intihar edib.
Faktla bağlı Saatlı rayon prokurorluğunda araşdırma aparılır.
Follow @7timesaz