Hadisə

Azərbaycanda AĞIR QƏZA: FHN sürücüsü HƏLAK OLDU – FOTOLAR

Azərbaycanda AĞIR QƏZA: FHN sürücüsü HƏLAK OLDU – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dörd gün əvvəl Oğuz rayonunda baş vermiş ağır qəzada xəsarət alan rayonun Sincan kənd sakini Aslan Umarov vəfat edib.

Sfera.az xəbər verir ki, A.Umarov dünən Şəki Rayon Mərkəzi Xəstəxanasında vəfat edib. O, Fövqəladə Hallar Nazirliyinin Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsində sürücü vəzifəsində çalışırmış.

Qeyd edək ki, hadisə vaxtı Aslan Umarovun idarə etdiyi “VAZ-21074” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə A.Umarov və sərnişini müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.