Ölkə

Azərbaycanda Aİ-95 markalı benzinin istehsalı kəskin azaldı

Azərbaycanda Aİ-95 markalı benzinin istehsalı kəskin azaldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 067,54 min ton Aİ-92 markalı avtomobil benzini istehsal olunub, bu da illik müqayisədə 2,1% artım deməkdir.

Dövlət Statistika Komitəsindən 7Times.az-a verilən məlumata görə, hesabat dövründə ölkədə 13,8 min ton Aİ-95 markalı avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 45,02% azalıb.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə 1 081,3 min ton avtomobil benzini istehsal olunub, bu da illik müqayisədə 1% çoxdur.