Sabidabadda baş vermiş şok olayın təfərruatları bəlli olub.
7Times.az xəbər verir ki, Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl, danış” verilişində iştirak edən S.A-nın atası Balaş Abbasov dəhşətli məqamları birbaşa efirdə qeyd edib. Onun sözlərinə görə, 12 yaşlı oğlu S.A çayda çimərkən 3 nəfər kənd sakini Bəhlul, Nihat və Orxan tərəfindən təcavüzə məruz qalıb. Atanın dəhşətli iddiaları bununlada bitmir. O qeyd edib ki, azyaşlı oğluna adı çəkilən şəxslər hədəqorxu gələrək onu sosial şəbəkələrdə biabr edəcəyini bildirib, pul tələb ediblər. Balaş Abbasov da kənd təsərüffatı ilə məşğul olduğu uçun evdə 50 min manata yaxın pulu saxladığını və pulun yerini də oğlunun bildiyini qeyd edib. Bu səbəbdən də S.A ailəsindən xəbərsiz hər dəfə bir qismini adıçəkilən şəxslərə aparıb verirmiş.
Daha sonra pulun bir qisminin yoxa çıxdığını görən Balaş Abbasov baş verən iyrənc olaydan xəbər tutub və polisə xəbər edib. Həmin günü S.A-ya yenidən 3 oğlan tərəfindən hədəqorxu gələrək pul tələb olunub. Atasının iddialarına görə, S.A bir neçə dəfə həmin şəxslər tərəfindən təcavüzə məruz qalıb.
Balaş Abbasov hələ də bu işdə heç kimin həbs olunmadığını, xüsusi olaraq ekspertiziyanın da təstiqlədiyi olayın gedişatından narahatdır. Verilişdə iştirak edən Azərbaycan uşaqlar birliyinin sədri Kəmalə Ağazadə də reklam arası uşaqla söhbət etdiyini və hadisənin həqiqət olduğunu qeyd edib.