Hadisə

Azərbaycanda bir ayda 140 nəfər ZƏHƏRLƏNDİ

Azərbaycanda bir ayda 140 nəfər ZƏHƏRLƏNDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə faktı ilə bağlı 140 nəfər müraciət edib.

7Times.az xəbər verir ki, Mərkəzdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müraciət edənlərin 72-si qadın, 42-si kişi, 26-sı uşaq olub.

Onların arasında sirkə turşusundan 25, dərmandan 52, spirtli içkidən 9, dəm qazından 21, zəhərli göbələkdən 8, qidadan 15, allergik reaksiyalardan isə 10 nəfər zəhərlənib.

Qeyd edək ki, ay ərzində zəhərlənmə ilə bağlı Mərkəzə müraciət edənlərdən 11 nəfər dünyasını dəyişib, 128 nəfər sağalaraq evə buraxılıb, 1 nəfərin isə müalicəsi davam etdirilir.