Ölkə

Azərbaycanda daha 97 nəfər virusa yoluxub, 2 nəfər vəfat edib

Azərbaycanda daha 97 nəfər virusa yoluxub, 2 nəfər vəfat edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 97 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 40 788 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 38 587 nəfər müalicə olunaraq sağalıb, 598 nəfər vəfat edib, aktiv xəstə sayı 1 603 nəfərdir.

Ölkədə son sutka ərzində 3073, hazırkı dövrədək isə 1 140 194 test aparılıb.