Astara rayonunda qardaşı bacılarının baltalamasının təfərrüatları məlum olub.
7Times.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə bu gün səhər saatlarında Astara rayonunun Təngərüd kəndində baş verib.
40 yaşlı İlkin Fariz oğlu Qəmbərova bacıları – 43 yaşlı Nargilə və 30 yaşlı Nadirə Qəmbərova balta ilə xəsarətlər yetirib.
Ataları Fariz Qəmbərovun bildirdiyinə görə, ruhi əsəb xəstəliyindən əziyyət çəkən bacılar daha əvvəl İlkin Qəmbərovun yeni tikilən evində yanğın törətməyə cəhd ediblər. Hadisədən xəbər tutan İ.Qəmbərov dünən Çeçenistandan evinə qayıdıb, bacılarından polisə şikayət edəcəyini bildirib. Bundan sonra bacılar səhər saatlarında yatdığı yerdə İlkin Qəmbərova balta ilə hücum çəkib ona xəsarət yetiriblər.
Çoxsaylı kəsilmiş-deşilmiş yaralarla Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan İ.Qəmbərov dərhal əməliyyata alınıb. Həyati təhlükəsi yoxdur.
Hadisəni törədən bacılar saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
***
10:17
Astarada qardaş bacıları tərəfindən balta ilə çoxsaylı xəsarət alıb.
7Times.az-ın APA-ya istinadla məlumatına görə, rayonun Təngərüd kəndində İlkin Fariz oğlu Qəmbərova bacıları Nadirə və Nargilə tərəfindən balta ilə xəsarətlər yetirilib.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan İ.Qəmbərov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Vəziyyəti ağır qiymətləndirilir.
Hələlik hadisənin səbəbi bilinmir.
Faktla bağlı araşdırma aparılır.
Follow @7timesaz