Ölkə

Azərbaycanda daha bir yeniyetməni döyüb, görüntülərini “TikTok”da paylaşdılar – VİDEO

Azərbaycanda daha bir yeniyetməni döyüb, görüntülərini “TikTok”da paylaşdılar – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlərdə sosial platformalar içərisində ən çox istifadə edilənlər sırasında ilk pillələrə yüksələn “TikTok” sosial şəbəkəsidir. Təəssüf doğuran məsələ isə ondan ibarətdir ki, Azərbaycanda əksər istifadəçilər bu şəbəkədən düzgün istifadə etmədiyi üçün bir sıra ciddi problemlərlə üzləşirlər.

Elə onlardan biri də gənclərin sosial şəbəkə üzərindən bir-birini təhqir etməsi, ictimaiyyətə yönələn alçaldıcı və təhqiramiz ifadələrdir. Hətta artıq son üç gün ərzində “TikTok”da yeniyetmə oğlanların bir-birini alçaldaraq videoya çəkməsi ilə bağlı hüquq-mühafizə orqanları da hərəkətə keçib.

Ötən gün “TikTok”da eyni məzmunlu daha bir video paylaşılıb.

Videoda bir neçə yeniyetmə həmyaşıdları olan oğlanın qolunu arxadan bağlayaraq, təhqir etdikləri görünür. Oğlanın üz-gözündən, paltarlarından döyüldüyü aydın görünür.

Mobil telefonla çəkilən görüntülər sosial şəbəkəyə yüklənib və sürətlə yayılıb.