Ölkə

Azərbaycanda dəhşət: Qardaş üç bacısına təcavüz edib

Azərbaycanda dəhşət: Qardaş üç bacısına təcavüz edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu yaxınlarda sığınacağımıza cinsi zorakılığa məruz qalmış iki bacı yerləşdirilib. Onlarla söhbət edəndə məlum oldu ki, cinsi zorakılığa öz ailələrində məruz qalıblar”.
Bunu “Regionlarda gender əsaslı zorakılıq və məişət zorakılığı əleyhinə mübarizə sahəsində təşəbbüs qruplarının yaradılması” layihəsinin hesabat konfransında  “Azərbaycan Uşaqları” İctimai Birliyinin rəhbəri Kəmalə Ağazadə qeyd edib.

Onun sözlərinə görə, sözügedən ailə 6 üzvdən ibarətdir və bir otaqda yaşayırlar:
“Bacıların dediyinə görə üç bacı və bir qardaşdırlar. Analarını hər səhər fiziki zorakılığa məruz qalmış halda görürdülər. Gözlərinin altı gömgöy olurdu. Dəfələrlə döyülməsinə bacılar müdaxilə etsələr də, qardaşın səsi çıxmırdı. Ananı müdafiə edən ancaq bacılar olurdu.
Sonra məlum oldu ki, həmin üç bacı elə qardaşları tərəfindən cinsi zorakılığa məruz qalıb.
Ümumiyyətlə, müəyyənləşdirmişik ki, cinsi zorakılıqların çoxu ailələrdə baş verir və bu dəhşətdir”.
///Bizim.Media