Ölkə

Azərbaycanda DƏHŞƏT: Tanınmış həkim evində öldürüldü – YENİLƏNİB

Azərbaycanda DƏHŞƏT: Tanınmış həkim evində öldürüldü – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

11:16

Zaqatalada baş verən qətlin təfərrüatları məlum olub.

7Times.az  APA-ya istinadən bildirir ki, uzun illər Zaqatalada həkim kimi çalışmış Tariyel Əhmədov Həsən Davudov tərəfinfən qızının evində qətlə yetirilib. H. Davudov onu qətlə yetirəndən sonra ailə üzvləri qaçaraq həyətdəki tikilidə gizləniblər. Həmin şəxs tikiliyə də atəş açıb.

Hadisə yerinə gələn polis əməkdaşları ondan təslim olmağı tələb edib.

İlkin məlumata görə, hadisə pul üstündə yaranan münaqişə zəminində baş verib.

10:58
———-

Avqustun 27-də saat 09 radələrində Zaqatala rayonunda 1946-cı il təvəllüdlü Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə 7Times.az -a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Əməli törətməkdə şübhəli bilinən, 1960-cı il təvvəllüdlü Həsən Davudov daha sonra yenə atəş açıb.

Araşdırma aparılır.

Tariyel Əhmədovun Zaqatalada tanınmış həkim olduğu, bir neçə il əvvəl təqaüdə çıxdığı bildirilir.