Ölkə

Azərbaycanda film kimi hadisə: Vətəndaşlar belə “tor”a düşdülər – VİDEO

Azərbaycanda film kimi hadisə: Vətəndaşlar belə “tor”a düşdülər – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir qrup Şəki sakini dələduzluğun qurbanı olduqlarını iddia edirlər. İddialara görə, özünü ”AYSEL GLLT” rəsmi lotoreyasının rəhbəri kimi təqdim edən Sumqayıt sakini Aysel Sətxanova rayonun Orta Zəyzid kəndindən olan Turan Bəkirova, Oxud kənd sakini Aynur Məmmədova və onun bacısı qızı Dinar Kərimova ilə əlbir olaraq bir sıra insanlara votsap vasitəsilə linklər göndərərək guya yatırım tipli lotoreyaya qoşulmaları üçün şirnikləndirici vədlər veriblər.

7Times.az Sfera.az-a istinadən  xəbər verir ki, zərərçəkənlər “Xəzər Xəbər”ə deyiblər ki, onlara bir neçə mərhələ üzrə qazanc əldə edə biləcəkləri izah edilib. Bildirilib ki, ilk dəfə 35 manat ödəyən insanın 15 gündən sonra 280 manat, ikinci mərhələdə 105 manat ödəyib 840 manat, üçüncü mərhələdə 170 manat ödəyib 1360 manat, sonuncu mərhələdə isə 625 manat qoyaraq 5000 manat qazana biləcəkləri vədi verilib. Cəlbedici təkliflərə inananlar onlara göndərilən kartlara külli miqdarda pul köçürüblər.

Lotoreyaya qoşulmaq üçün yaradılmış qrupa təxminən 150 nəfər qoşulub. Onların 300 manatdan 10 min manatadək karta pul köçürdükləri deyilir. Daha sonra özlərini lotoreya sahibləri kimi təqdim edən şəxslər yoxa çıxıblar.Məsələ ilə bağlı DİN -in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, adları qeyd olunan şəxslər bir sıra şəhər və rayonlarda da analoji əməlləri törətdikləri üçün faktla bağlı cinayət işi başlanıb. Vətəndaşlardan daxil olmuş eyni məzmunlu şikayətlərlə əlaqədar toplanmış materiallar istintaqı aparılan cinayət işinə əlavə edilməsi üçün göndərilib.