İdman

Azərbaycanda futbolçu nəsli kəsilir – Rəşad Sadıqov

Azərbaycanda futbolçu nəsli kəsilir – Rəşad Sadıqovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Get-gedə Azərbaycanda futbolçu nəsli kəsilir”

Metbuat.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov İctimai TV-də yayımlanan “Bol idman” verilişində deyib.

Onun sözlərinə görə, aşağı yaş qruplarında vəziyyət yaxşı deyil:

“Elə yaş qruplarımız var ki, adlarını çəkmək istəmirəm. Gedib kənardan baxır və fikirləşirsən ki, 6-7 ildən sonra bizi nə gözləyir? 6-7 il sonra nə edəcəyik? Bunlar qarşılıqlı müzakirəyə çıxarılmalıdır. Bu sahədə daha savadlı ekspertlərimiz kimdirsə, onlarla müzakirə olunmalıdır. Lazımdırsa, beynəlxalq mütəxəssislər dəvət olunmalı, bir çıxış yolu tapılmalıdır. Bu gün gedən proseslər göstərir ki, bu, çıxış yolu deyil. Bizim futbolçu nəslimiz kəsilir”.