Azərbaycanda 67 yaşlı qayınatası tərəfindən yandırılan Telnaza qarşı vəhşiliyi edən şəxs əməlindən peşman deyil.
7Times.az -ın məlumatına görə, “Elgizlə İzlə” verilişinin aparıcısı canlı yayımda deyib ki, Qalib adlı şəxs prodüserlə danışarkən “Yaxşı eləmişəm” cavabını verib.
Qeyd edək ki, yanıq izləri dərin olduğu üçün qadının üzünü efirə vermək mümkün olmayıb.
O bildirib ki, yanarkən özündən gedib: “Evdə maaş üstündə dava oldu. Qayınatam, mən, yoldaşım idik. Kimsə məni arxadan vurdu, ayılanda gördüm ki, yanmışam. Mənim atam fağır adamdır, onlar da bundan istifadə etdilər. Polisə vermədik”.