Gəncədə qətl törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Rəfiyev Seymur Natiq oğluna hökm oxunub və o, 15 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsində elan olunub.
Follow @7timesaz
Məlumata görə, hadisə 2020-ci il avqustun 28-də Gəncə şəhəri ərazisindəki mənzildə qeydə alınıb. Belə ki, Rəfiyev Seymur Natiq oğlu xalası əri, 1953-cü il təvəllüdlü Dəmirov Yusif Fərhad oğluna 10 bıçaq zərbəsi endirərək qətlə yetirib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, qətlə yetirilən Y.Dəmirov Gəncə Tibb Kollecinin “Azərbaycan tarixi” müəllimi olub.
İttiham aktına əsasən, S.Rəfiyev qohumunu ondan aldığı 310 manat borca görə öldürüb. Belə ki, ikinci qrup əlil olan Seymur xeyli vaxt imiş ki, Yusif Dəmirova olan borcunu verməkdən imtina edirmiş. Daha sonra o, mərhum xalasının ərini öldürərək məsələni həll etmək fikrinə düşüb. Qətli törətdikdən sonra S.Rəfiyev özünü zəhərləyərək intihara cəhd edib.
Məhkəmədə o, törətdiyi əməli etiraf etməyib və ifadə verməkdən imtina edib.
Mərhum Y.Dəmirovun hüquqi varisi olan övladı isə Seymurdan şikayətçi olmadığını bildirib.
Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin “Azərbaycan tarixi” müəllimidir.
///Publika.az