Məşhurlar arasında populyar olan falçı Məmmədsəfa vəfat edib.
7times.az-ın məlumatına görə, astaralı falçı koronavirusdan vəfat edib.
Qeyd edək ki, əməkdar artist Elnarə Abdullayeva, müğənni Mətanət Əsədova mediaya açıqlamasında həmin falçının yanında olduqlarını və ona inandıqlarını bildirmişdilər:
“12 il həkimlər pulumu yedi, şəfanı Məmmədsəfanın yanına gedəndən sonra tapdım. Quranda elə kəlamlar var ki, biz bilmirik, o, mənə dualar yazıb verdi. Hətta cibimə pul da qoydu. Məni onun yanına ölü aparmışdılar, heç ora gedəndə bilmirdim, hara gedirəm” deyə Elnarə Abdullayeva bildirmişdi.
Tanınmış ifaçı Mətanət Əsədova isə mediaya açıqlamasında falçıya səhhəti ilə bağlı müraciət etdiyini etiraf etmişdi:
“O kişinin yanına müalicə üçün getmişəm. Allah köməyi olsun, müalicəsinin xeyrini görmüşəm, qabağında oxudum. Kim nə istəyir, yazsın, kim nə istəyir, desin”.Baku.ws
Follow @7timesaz