Bakıda intihar edən Yolçu Zeynalovun Azərbaycanın boks üzrə yığma komandasının keçmiş üzvü olması müəyyənləşib.
7Times.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
1991-ci il təvəllüdlü Y.Zeynalov iki həftə əvvəl məişət zəminində mübahisədən sonra özünü asıb. Həmin vaxt o, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Bu yaxınlarda Y.Zeynalovun toyu olmalı imiş.
Qeyd edək ki, Yolçu Zeynalov 75 kq çəki dərəcəsində mübarizə aparıb.
report.az
Follow @7timesaz