Hadisə

Azərbaycanda müəllim onlayn dərs zamanı ÖLDÜ

Azərbaycanda müəllim onlayn dərs zamanı öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi Soltan Səbzəliyev onlayn dərs zamanı vəfat edib.

Bu barədə 7times.az-a Universitetin mətbuat xidmətindən məlumat verilib. 62 yaşlı müəllimin qəfil ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.

S. Səbzəliyev Mendeleyev adına Moskva Kimya Texnologiyaları Universitetini bitirib. 25 ildən artıqdır ki, AzMİU-da çalışıb. Universitetin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasında baş müəllim kimi dərs deyib.

S. Səbzəliyev doğulduğu İsmayıllı rayonunun Ruşan kəndində dəfn olunub.