Ölkə

Azərbaycanda narkokuryerin küçədə saxlanılması görüntüsü – ANBAAN VİDEO

Azərbaycanda narkokuryerin küçədə saxlanılması görüntüsü – ANBAAN VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən uğurlu əməliyyat həyata keçirilib.
7Times.az xəbər verir ki, əməliyyat zamanı külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitənin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Belə ki, Astara rayonunda dəniz kənarı yerlərdən birində naməlum şəxs külli miqdarda narkotik vasitəni satmaq məqsədi ilə əldə edib. Dərhal həmin şəxs əməliyyat nəzarətinə götürülüb və onun hərəkət trayektoriyası öyrənilib.
Su polisləri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən şəxs bağlamaları götürüb hadisə yerindən uzaqlaşmaq istəyən zaman saxlanılıb. Polis İdarəsində araşdırma aparılan zaman həmin şəxsin əvvəllər məhkum olunmuş Elçin Bəşirov olduğu müəyyən edilib.
Onun əlindəki çantaya baxış keçirilərkən 5 ədəd bağlamada qablaşdırılan yüksək təsiredici xassəyə malik ümumi çəkisi 8 kiloqram 345 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.